Çin dövləti 2020-ci ildə Mars planetinə ilk zondunu göndərəcək.
Çinin məqsədi Mars planetində tədqiqat aparmaqdır. Bu barədə Çin Xalq Respublikasının "Sinxua" agentliyi məlumat yayıb.
Məlumatda deyilir: "Orbitdə tədqiqat aparmaq məqsədi ilə 2020-ci ildə Marsa ilk zondun göndərilməsi planlaşdırılır".
Çin nəinki orbitin tədqiqatı üçün texnologiya nəzərdə tutub, eyni zamanda Marsın səthinin tədqiqatı üçün də aparatlardan istifadə etmək istəyir. Zond eyni zamanda Yupiter planetar sisteminin asteroidlərini də öyrənəcək./olke.az
7news.Az








