Dünya bazarında neftin qiyməti daha da bahalaşıb.
Bu gün keçirilən hərraclarda Brent neftinin bir barelinin dəyəri 58 dollarlıq həddi keçib. London birjasında keçirilən elektron hesablaşmalarda Brent neftinin dəyəri 58,37 dollaradək yüksəlib və bu, 2015-ci ilin yayındakı satış qiymətindən sonra ən yüksək göstəricidir.
Bahalaşma özünü Texas neftində də göstərir. WTI markalı neftin bir barelinin dəyəri bu gün 55 dolları keçib.
Qeyd edək ki, neftin bahalaşdıran əsas amil iri neft hasilatçılarının istehsalı azaltmasıdır. Ötən gün Küveytin "Kuwait Oil Co." şirkətinin baş icraçı direktoru Camal Cəfər bildirib ki, şirkətin gündəlik hasilatı 130 min barrel azaldaraq 2,75 mln. barrelə endirib.








