RU
Sürücülərin nəzərinə
20:24
351

Sürücülərin nəzərinə

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. İşlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

7news.Az xəbər verir ki, bu barədə "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq:

"Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ