RU
Bakıda mənzildə yanğın olub
21:39
352

Bakıda mənzildə yanğın olub

Bakının Xətai rayonunda çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ