Astara rayonunun Ərçivan qəsəbəsində 32 kişi qətlə yetirilib.
Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb.
Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./apa
7news.Az








