RU
Bakıda kütləvi dava
11:50
545

Bakıda kütləvi dava

Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ