Bugün Brüsseldə V "Şərq Tərəfdaşlığı" Sammiti öz işinə başlayıb.
Aİ-nin
üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət
başçılarının iştirak etdiyi görüşdə əsasən dövlətlərarası əməkdaşlıq
müzakirə edilib. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin
vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək,
ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri
qiymətləndiriblər.
Sammitin
keçirildiyi məkanda erməni diasporasına işləyən 4 azərbaycanlı hay-küy
salmaq istəsənlər də qarşılarında Prezident İlham Əliyevi dəstəkləməyə
gələn yüzlərlə azərbaycanlını görüblər. Bu barədə saytımıza hal-hazırda
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Brüsseldə işgüzar səfərdə olan
ASGA sədri "ARB24" Xəbər Kanalına eksklüziv açıqlamasənda Səbuhi
Abbasov deyib: "Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan
ölkələrdən Azərbaycanı Prezident İlham Əliyev, Ermənistanı Sarkisyan,
Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili,
Moldovanı baş nazir Pavel Flippinin rəhbərlik etdiyi nümayəndə heyəti
təmsil edib. Məlumat üçün qeyd edək ki, Şərq Tərəfdaşlığına doğru
nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə
olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz
Brüsseldə keçirilən sammitdə müəyyənləşib. Hesab edirən Vətəndaş
Cəmiyyətinin üzvləri, xüsusən də, gənclər təşkilatları Avropada
keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi mütəmadi olaraq təmsil
etməlidirlər"
Məlumat
üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə V "Şərq Tərəfdaşlığı"
Sammitində iştirak etmək üçün Brüsseldə 4 günlük rəsmi səfərdədir.














