Bu ilin aprel ayının 1-nə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 5 mlrd. 508 mln. dollar təşkil edib.
7news.Az xəbər verir ki, mart ayına bu göstərici 5 mlrd. 387.3 mln. dollar olub. Cari ilin əvvəlində isə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 5 mlrd. 334.6 mln. dollar təşkil edib.
Göründüyü kimi, cari ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 173.4 mln. manat artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 1 mlrd. 75,3 mln. dollar və ya 24,26% çoxdur.
7news.Az








