Dünya birjalarında neft ucuzlaşıb.
7news.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,65% azalaraq 63,13 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar və ya 0,56% azalaraq 67,95 dollar təşkil edib.
7news.Az








