SON DƏQİQƏ: Bakıda güclü partlayış səsi eşidildi: RƏSMİ AÇIQLAMA
Bakıda ard-arda partlayış səsi eşidilib.
7news.Az xəbər verir ki, izləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.
Səbail Rayon Polis İdarəsindən bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib: "Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".