Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
7news.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,33 dollar və ya 1,98% azalaraq, 65,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar ya 0,99% azalaraq, 76,79 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,8 dollar və yaxud 2,27% azalaraq, 77,66 dollar/barel təşkil edib.
7news.Az








