RU
Gürcüstanda şaxtada qəza: Ölənlər var
14:30
413

Gürcüstanda şaxtada qəza: Ölənlər var

Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli adına şaxtada baş verən qəza nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

7news.Az xəbər verir ki, bununla bağlı Gürcüstanın Birinci kanalı məlumat yayıb. 

Gürcüstan DİN-in mətbuat xidməti 4 nəfərin ölümü ilə bağlı informasiyanı təsdiqləyib.

"Hadisə yerində xilasetmə işlər davam etdirilir. Qəzanın baş vermə səbəbi məlum deyil”, - telekanalın məlumatında deyilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ