RU
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
10:10
394

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 78 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ