RU
Təmas xəttində monitorinq keçiriləcək
10:31
365

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika  Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinq şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç tərəfindən aparılacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ