Puerto-Rikolu yaraşıqlı müğənni Luis Fonsinin Daddi Yanke ilə ifa etdiyi "Despacito” mahnısı yutubda rekord qırır. Həmin mahnının klipi 8 aya 3 milyard 400 milyon dəfə izlənilib. 20 milyondan çox insanın bəyəndiyi klipin şərh bölməsinə 1 milyon 200 min nəfər şərh yazıb. "Despacito” mahnısını cənubi koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısı ilə müqayisə ediblər. Qısa müddətdə izləmə rekordu qıran videonu sizə təqdim edirik. /Publika.az