RU
Təmas xəttində monitorinq keçirilib
13:43
316

Təmas xəttində monitorinq keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail OlaruGenadi Petrika və Martin Şuster keçiriblər. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ