RU
Azərbaycanda ağır qəza – ÖLƏN VAR
14:14
476

Azərbaycanda ağır qəza – ÖLƏN VAR

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

7News.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 7-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel” markalı avtomobilə vurub.

Nəticədə "VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ