Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 18-də saat 08:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədovidarə etdiyi "İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
7News.Az








