RU
Koçaryan həbsdə qaldı
15:22
388

Koçaryan həbsdə qaldı

Ermənistan apellyasiya məhkəməsi bu gün ölkənin ikinci prezidenti Robert Koçaryanın şikayətinə baxıb. 

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Koçaryanın həbs müddətinin uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb. 

Xatırladaq ki, yanvarın 18-də Yerevan məhkəməsi sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib. Məhkəmənin qərarı ilə R.Koçaryanın həbs müddəti daha iki ay uzadılıb. Sabiq prezidentin vəkilləri apellyasiya məhkəməsinə şikayət edib. 

Xatırladaq ki, R. Koçaryana 2008-ci ildə Ermənistanda kütləvi iğtişaşlar işi üzrə ittiham irəli sürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ