RU
Qarabağda erməni əsgər öldü
11:10
289

Qarabağda erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb. 

"RİA Novosti” agentliyinin məlumatına görə, ölən əsgər 1998-ci il təvəllüdlü Ara Arakelyandır. 

Məlumata görə, o, martın 26-da naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində əl atdığı təxribat zamanı Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ