RU
Gecə Bakıda qan töküldü - VİDEO
11:30
325

Gecə Bakıda qan töküldü - VİDEO

Bakıda dostlar arasında qanlı dava baş verib.

7News.Az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Pənahov Elnur Rasim oğlu adı istintaqa bəlli olmayan dostu tərəfindən bıçaqlanıb. 

E.Pənahov təcili 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sol budun arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Faktla bağlı araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ