RU
2020-ci ildə erməni komandir müavini saxtakarlıq yolu ilə hərbi xidmət vəzifələrinin icrasını dayandırıb
14:50
77

2020-ci ildə erməni komandir müavini saxtakarlıq yolu ilə hərbi xidmət vəzifələrinin icrasını dayandırıb

2020-ci il oktyabrın 3-də "keçmiş müdafiə ordusu”nun N saylı hərbi hissəsinin (diviziyasının) komandir müavini, polkovnik M. B. sağ diz oynağından zədə almasını əsas gətirərək, Xocavənd rayonunun Tuğ kəndində yerləşən "Mexakavan” hərbi hospitalına müraciət edib.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, M.B.-nin sağ diz oynağının nahiyəsində yalnız şiş aşkar edilib, oynağın hərəkətliliyini məhdudlaşdırmaq üçün fiksator qoyulub.

Bildirilib ki, 2020-ci ildə erməni komandir müavini saxtakarlıq yolu ilə hərbi xidmət vəzifələrinin icrasını dayandırıb. Sözügedən şəxsə qarşı cinayət işi açılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ