Hakan Şükürü əminliklə Türkiyə futbolunun ən böyük simalarından biri adlandırmaq olar. Türkiyənin futbol üzrə milli komandası həm də onun sayəsində dünya çempionatında bürünc medal qazanmışdı.
Bizimyol.info xəbər verir ki, Hakan Şükür indi ABŞ-da yaşayır. "Marca” qəzetinə müsahibə verən keçmiş futbolçu taksi sürdüyünü bildirir.
Hakan Şükür
"Mənim heç nəyim qalmadı. Ərdoğan hər şeyimi əlimdən aldı. Sərbəst ifadə, işləmək azadlığımı...”, - Hakan Şükür belə deyib.
Milli komandanın keçmiş hücumçusu əvvəlcə kofe xidməti ilə məşğul olub. Sonra taksi sürmək qərarı verib. Hakan Türkiyədəki daşınar və daşınmaz əmlakının əlindən alındığını bildirir: "Ailəm üçün çətin dövr idi. Mənimlə əlaqəsi olan hər kəs orada maddi sıxıntı keçirir”.
7News.Az








