Göygöl rayonunda sərnişin daşıyan marşurut "VAZ 21-07" markalı avtomobillə toqquşub.
7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Üç Təpə kəndində baş verib. İlkin məlumata görə, qəza nəticəsində avtomaşında sərnişin olmayıb, sadəcə sürücülər 15 saylı marşurutun sürücüsü Gəncə şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov Elçin Valeh oğlu və "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb.Yaralılardan biri Gəncə şəhərinə digər isə Göygöl rayonuna aparılıb.Qəza yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub,qəzanın təfərrüatları dəqiqləşdirilir.










