RU
Gəncə sakinində silah və  narkotik aşkarlanıb - FOTO
15:12
119

Gəncə sakinində silah və narkotik aşkarlanıb - FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini, Seymur Quluzadə saxlanılaraq, RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.60 qram  qram narkotik vasitə olan "tiryək” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S. Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, parça torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 2 ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram  ram narkotik vasitə olan "tiryək” aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ