Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7News.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 482 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.
7News.Az








