RU
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb  - FOTO (ÖZƏL)
11:45
112

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb - FOTO (ÖZƏL)


Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  nəticəsində koronavirus testinin nəticəsi pozitiv şəhər sakini olan xanımın  ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım  yaşadığı evə göndərilib. Faktla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ