Rusiyanın Leninqrad vilayətinin Toksovo kəndində tualetdən pişik balası çıxıb.
Bu barədə "Podyom" nəşri yazır.
Belə ki, evin sakini unitazın sifonunu çəkdikdən sonra pişik peyda olub. Pişiyin kanalizasiyaya necə düşdüyü məlum deyil.
"Onun üstündə birə çoxdur, vəhşidir, çox güman ki, ev pişiyi deyil", - deyə heyvanı tapan qadın danışıb.
Pişiyi çimdirib və birələrdən təmizləyiblər. Hazırda o, bağ evindədir.
7News.Az








