RU
Azərbaycan XİN Pakistana başsağlığı verdi
10:50
93

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında qeyd olunub.

 

"Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ qurbanlarının ailələrinə başsağlığı verir, yaralıların hamısına tezliklə şəfa diləyirik. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün qardaşlarımızın yanındayıq”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Pakistanda baş vermiş 5,7 bal gücündə zəlzələ nəticəsində 20 nəfər həlak olub, 300-dən çox şəxs xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ