Bakı Ağır Cinayət Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qəşəm Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Q.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Q.Quliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ondan 30 qram narkotik maddə olan marixuana aşkarlanıb.
Xatırladaq ki, Q.Quliyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb və 2019-cu ildə azadlığa buraxılıb. Bu il isə narkotik satarkən yaxalanıb.
7NEWS.Az








