RU
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
09:32
150

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.

Bu barədə 7NEWS.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ