RU
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
20:50
898

İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirir.

AQTA-dan 7NEWS.Az-a verilən məlumata görə, "AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları "Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ