RU
Bakıda naməlum kişi meyiti tapılıb
13:40
400

Bakıda naməlum kişi meyiti tapılıb

Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən 7News.Az verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ