RU
Avstriyada gələn aydan restoranların gecə yarısınadək işləməsinə icazə veriləcək
22:00
1717

Avstriyada gələn aydan restoranların gecə yarısınadək işləməsinə icazə veriləcək

Avstriya hökuməti fevralda restoranların gecə yarısına qədər işləməsinə icazə verəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın səhiyyə naziri Volfqanq Mükşteyn bildirib.

Belə ki, fevralın 5-dən iaşə obyektləri saat 22:00 deyil, gecə yarısına kimi açıq olacaq, 50 nəfərin iştirakı ilə tədbirlərin keçirilməsinə icazə veriləcək.

Avstriyada 2021-ci ilin dekabrında ümummilli karantin başa çatsa da, peyvənd olunmayanlar üçün məhdudiyyətlər davam edir.

Fevral ayında ölkədə 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd haqqında qanun qüvvəyə minəcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ