RU
İranda koronavirusdan ölənlərin sayı artıb
19:40
558

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 624 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 37 395 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 483 799 nəfərə çatıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ