RU
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
19:00
1906

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, Sabirabad rayon sakini F.Bəşirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.
Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ