RU
17:00
1236

"Azərbaycan Dəmir Yolları" yük daşımalarını 3 % artırıb

2021-ci ildə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 15,058 milyon ton yük daşıyıb.

7News.Az quruma istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,9% çoxdur.

Ötən il yük daşımalarının 7,435 milyon tonu və yaxud 49,4%-i beynəlxalq (idxal-ixrac) daşımaların payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 3,2% azdır.

İl ərzində tranzit yük daşımalarının həcmi 11% artaraq 4,585 milyon tona, daxili yük daşımalarının həcmi isə 7,85% artaraq 3,038 milyon tona çatıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ