RU
COVID-19-a görə bağlanan daha iki məktəb əyani tədrisə qayıdıb
13:10
234

COVID-19-a görə bağlanan daha iki məktəb əyani tədrisə qayıdıb

Bakıda koronavirusa görə distant tədrisə keçən 287 nömrəli "Zəkalar" liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə 7News.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ