RU
Bərdədə kafe sahibi həbs olundu
17:00
578

Bərdədə kafe sahibi həbs olundu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayonun Kətəlparaq kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən kafe aşkarlayıblar.

Kafenin sahibi Müşfiq Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o,10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ