RU
İstehlaka yararsız 110 kq uşaq qidası məhv edilib
18:00
692

İstehlaka yararsız 110 kq uşaq qidası məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitən 110 kq qida məhsulları "Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə 7News.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müraciət "PN Azerbaijan” MMC-nin Agentliyindən olub.

Xatırladaq ki, məhv edilən qida məhsulu Kabrita adlı uşaq yeməyidir. Həmin məhsulun satışını həyata keçirən "PN Azerbaijan” MMC-nin ölkədəki ən iri aptek şəbəkələri ilə müqavilələri var.
 7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ