Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qaziyev vəfat edib.
Bu barədə 7NEWS.Az-a ailə üzvləri məlumat verib.
Bildirilib ki, rejissor bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi insult olub.
Qeyd edək ki, A.Qaziyev 1938-ci il mayın 17-də anadan olub. O, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
7NEWS.Az







