RU
Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb
16:43
141

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

 Şərqi Avropa bürosu xəbər verir ki, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ