RU
Ağ Ev:
18:40
471

Ağ Ev: "Polşanın Ukraynaya təyyarə verməsinə qarşı çıxmayacağıq"

"Polşa Ukraynaya öz qırıcılarını verməklə bağlı qərar qəbul etsə, ABŞ buna qarşı çıxmayacaq”.

7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Biz Polşa ilə bu məsələ üzərində işləyirik. NATO-dan olan başqa müttəfiqlərimizlə məsləhətləşərik. Bu, Polşanın suveren hüququdur. Polşanın Ukraynaya təyyarələr verməsi ilə bağlı qərarına qarşı heç bir şəkildə çıxış etməyəcəyik. Bir sıra praktik məsələlər var: Polşa Ukraynaya həmin təyyarələri necə ötürəcək? Bu, çox vacib məsələdir”, - C.Psaki bildirib.

O əlavə edib ki, keçmiş sovet təyyarələrinin yerinə ABŞ qırıcılarının Polşaya verilməsi uzun vaxt aparacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ