Bakıda yanğın olub.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Fövqəladə Hallar Naziriyindən 7NEWS.Az-a verilən xəbərə görə, ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında döşəmə 5 m² sahədə və əşyalar yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
7NEWS.Az








