Pakistan uzaq mənzilli "Shaheen-III" ballistik raketini uğurla sınaqdan keçirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
"Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən yoxlanılması olub", - məlumatda bildirilir.
"Shaheen-III" raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2 750 km-dir./Report
7News.Az








