Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin olunub.
Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovnik-leytenantı Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətinə rəis müavini təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə qədər Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətində şöbə müdiri olub. /Qaynarinfo








