RU
Paşinyanın Rusiyaya səfər proqramı açıqlandı
18:00
194

Paşinyanın Rusiyaya səfər proqramı açıqlandı

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19 və 20-si Rusiyada rəsmi səfərdə olacaq.

Ölkənin Nazirlər Kabinetinin Mətbuat xidməti Paşinyanın səfər proqramını açıqlayıb.

Paşinyan səfər çərçivəsində ilk olaraq Rusiya Prezidenti Vladimir Putin və rusiyalı həmkarı Mixail Mişustin ilə danışıqlar aparacaq.

Bununla yanaşı, Paşinyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.

Həmçinin Paşinyanın Nijni Novqorod şəhərinə səfər edəcəyi də planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ