RU
Neftçalada zəlzələ olub
21:45
143

Neftçalada zəlzələ olub

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 7NEWS.Az-a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ