RU
Soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanıldı
15:20
590

Soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanıldı

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin "Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ