RU
Bakıda mənzildən qadın meyiti tapılıb
22:00
1585

Bakıda mənzildən qadın meyiti tapılıb

Xətai rayonunda evdən meyit aşkar edilib.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ